Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Buzovna qəsəbəsi Axundov küçəsi,5 ünvanında qeydə alınıb.
Xəzər rayonunun sakinləri 1926-cı il təvəllüdlü Nobat Əlüsəlim qızı Ağasiyeva və oğlu 1960-cı il təvəllüdlü ruhi xəstə Albert Şəmsibala oğlu Ağasiyev damarlarını kəsərək intihar ediblər.
Qeyd edək ki, hər iki şəxsin meyitini mənzildə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tapıblar.
Faktla bağlı araşdırma aparılır.
www.apa.az
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin