Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Faiq Ağayevə vəzifə verildi
Xalq artisti Faiq Ağayevə vəzifə verilib.
Oxu.Az xəbər verir ki, sənətçi “Azad Azərbaycan”(ATV) televiziyasında Bədii Şuraya üzv seçilib.
Bu barədə Ağayevin özü şəxsi “Facebook” hesabında yazıb.
“ATV-nin Bədii Şurası ilk iclasını keçirdi. Əsaslı fikir mübadiləsi oldu, yaranmış probləmlərin həll yolları müzakirə edildi, yayımın keyfiyyətinə yönəlmiş əməli təkliflər səsləndi.
Yerli TV-lərə qarşı cəmiyyət olaraq bildirdiyimiz narazılığa, irəli sürdüyümüz iradlara səbəb olan çatışmazlıqları aradan götürmək üçün bu məsuliyyətli vəzifədə də bilik və bacarığımı maksimum dərəcədə sərf edəcəyəm”.
Qeyd edək ki, bədii şura üzvləri arasında MGP-nin rəhbəri Murad Dadaşov, əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə də var.
Посмотреть эту публикацию в InstagramATV telekanalının Bədii Şurasının ilk iclası keçirildi 📝 #atv #azadazərbaycan #bədiişura
Şuranın sədri isə məşhur telejurnalist Etibar Babayevdir.
Rəşad Əliyev
"Murad Dadaşov" teqi üzrə xəbərlər
- "CineMastercard" kinoteatrında "Paddinqton 3" Azərbaycan dilində!
- Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi
- Müşfiq Şahverdiyev: "Göbəkdən aşağı zarafatları pul qazanmaq üçün edirik"
- ATV Nanə Ağamalıyeva ilə yollarını ayırır?
- Azərbaycanda televiziyanın Təhlükəsizlik Xidmətinin rəisi işdən çıxarıldı
Ən çox oxunanlarDigər xəbərlər
Rəylər