Rəqqasə Fatimə Fətəliyevanın neçə müddətdir ki, üzərində çalışdığı hind klipi təqdim olundu.
Oxu.Az xəbər verir ki, “Om şhanti om” filmindən istifadə olunaraq ərsəyə gələn klipdə şou-biznesin populyar nümayəndələri yer alıblar.
Layihədə “Bu şəhərdə” teatrının aktyorları Coşqun Rəhimov və Rəfael İsgəndərov, əməkdar artistlər Mətanət İsgəndərli, Nüşabə Ələsgərli, müğənnilər Ramal İsrafilov, Emil Bədəlov, Roza Zərgərli, Nadir Qafarzadə, Sevda Yahyayeva, Xəyyam Nisanov, Aşıq Samirə, Günay İbrahimli və başqaları hind rəqsi ifa ediblər.
Klipin rejissoru Barış İşçi, ideya müəllifi və rəqsin quruluşçusu Fatimə Fətəliyeva, prodüseri Aysel Osmanlı, montajçı Emin Muradovdur.
Aytən Sadıqzadə
www.oxu.az