Modanın nəbzi yenə də paytaxtımızda atacaq.
Oxu.Az xəbər verir ki, Bakıda 2015 bahar/yay kolleksiyalarının nümayişi keçiriləcək. 13 mart tarixində Fəxriyyə Xələfovanın “New Glamour” kolleksiyası “Elluxus” zərgərlik brendi ilə təqdim olunacaq.
Excelsior oteldə keçiriləcək “Baku Fashion Night 2015″ layihəsi böyük maraqla gözlənilir. 3 gün davam edən tədbirdə yerli dizaynerlərlərlə yanaşı Türkiyənin məşhur modelyerlərindən biri Yıldırım Mayrukun da nümayişi təqdim olunacaq.
Biletlərin qiymətinə gəlincə, VİP sıra 40 AZN, 1-ci sıra 30 AZN, arxa sıralar 20 AZN təşkil edir.
Aytən Sadıqzadə