Filippin gözəli, 23 yaşlı Mary Christine Balagtas evinə çiçək və şokolad gətirən şəxslərə qapını açdığı anda silahla qətlə yetirilib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, polis təcavüzkarların hadisə yerindən motosiklet ilə qaçdığını bildirib. Şahidlər isə cinayətdən əvvəl həmin şəxslərin ətrafda gördüklərini söyləyiblər.
Universitet tələbəsi olan Balagtas 2009 və 2010-cu illərdə Flippinin ən gözəl qızı seçilib.
A.S.
www.oxu.az