Rumıniyanın populyar “Fly Project” qrupu AvtoFM 107.7-nin qonağı olub.
Oxu.Az xəbər verir ki, 2005-ci ildə yaradılan qrup artıq 2008-ci ildən etibarən Avropada, Asiyada və Amerikada geniş populyarlıq qazanıb.
Elə həmin il də qrup “Brasil” mahnısına görə Romanian Music Awards-a layiq görülüb. 2009-cu ildə dünya turnesinə çıxan Fly Project 2010-cu ildə dünya hit-paradlarını “Mandala” mahnısı ilə fəth edir. İndiyə qədər qrup 2 mindən artıq konsertlə çıxış edib.
Qeyd edək ki, “Fly Project” qrupu bu axşam saat 20:00-da Mambo Beach Club & Restaurant-da konsert proqramı ilə çıxış edəcək.