Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin baş naziri Əhməd Davudoğluna təcili parlament seçkilərinə qədər fəaliyyət göstərəcək müvəqqəti hökuməti formalaşdırmaq üçün mandat təqdim edib. Bu barədə ölkə prezidentinin administrasiyasının bəyanatında deyilir.
Müvəqqəti hökumət beş günlük müddət ərzində formalaşdırılmalıdır, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
Türkiyə prezidentinin təcili parlament seçkilərinin keçirilməsinə dair qərarı barədə məlumat daha öncə dövlət başçısının rəsmi saytında dərc edilmişdi. Seçkilər noyabrın 1-də baş tuta bilər.