Ölkəmizdə 2005-ci ildə yayımlanan “Dəlisov Anastasiya” serialı ilə tanınan venesuellalı aktrisa Norkis Batista bu günlərdə “Instagram” paylaşımları ilə diqqət çəkir.
Oxu.Az xəbər verir ki, model kimi də fəaliyyət göstərən sənətçi bir çox reklam firmaları ilə çalışır.
Əsas gəliri isə çalışdığı teatrdandır. Ölkəsindəki bir çox əsas televiziyaların bağlanması onun karyerasına və gəlirinə təsir etsə də, vətəninə olan sevgisi təklif olduğu halda belə, onu Venesuelladan ayıra bilmir.
Cəsarətli paylaşımları ilə həmkarlarını geridə qoyan Norkisin “Instagram”da 4,2 milyon izləyicisi var.
Görənlərin 41 yaş vermədiyi sənətçi fit bədən quruluşu ilə diqqət mərkəzindədir.
Pərviz Hüseyn
www.oxu.az
Rəylər