Dünyada ən məşhur oyunlardan biri olan Grand Theft Auto-nun 5-ci seriyasında (GTA 5) qeyri-adi missiya – azərbaycanlını öldürmək missiyası üçün də yer tapılıb.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, ssenariyə əsasən konsulluqda işləyən azərbaycanlı Tahir Cavanı öldürmək lazımdır.
Onun fərqləndirici xüsusiyyətləri saqqalı, solaxay olması və gündə iki qutu siqaret çəkməsidir.
GTA 5-də oyunçular xəyali şəhərə - Cənubi Kaliforniyada Los-Santos şəhərinə düşürlər. Oyunçular cinayətkar qismində çıxış edir, şəhərdə maşınları oğurlayır, bank yarır və mafiya bosslarının tapşırıqlarını yerinə yetirərək pul qazanırlar.
Qeyd edək ki, GTA-nın birinci seriyası hələ 1997-ci ildə buraxılmışdı. GTA 5 oyunu ötən həftə satışa çıxarılıb və bir gündə istehsalçılara 800 milyon dollar pul qazandırıb.
www.oxu.az