Müğənni Gülay Zeynallı qızı Sahilə ilə Türkiyəyə istirahətə yollanıb.
Oxu.Az-ın məlumatına görə, Gülay bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
İstirahət üçün Türkiyənin Kappadokiya bölgəsini seçən Gülay dünyanın hər yerindən turistləri özünə cəlb edən möcüzəli məkanı qarış-qarış gəzib.
Zeynallı Kappadokiya ərazisində yerləşən “Asmalı konak”da da olub. İfaçı bir zamanların reytinqli serialının ekranlaşdırıldığı malikanədə foto və videolar çəkdirib.
Gülayın istirahət görüntülərini təqdim edirik:
Gülay Zeynallı qızı ilə Kappadokiyanı qarış-qarış gəzdi - FOTO/VİDEO
Rəylər