Şəxsi həyatını gizli saxlamağa çalışan türkiyəli müğənni Gülben Ergenin yeni sevgilisi üzə çıxıb.
Bu barədə TV8-də yayımlanan “2.Sayfa” proqramında bəhs edilib.
Emre İrmakdan səssiz-sədasız ayrılan 49 yaşlı məşhur müğənni vəkillə sevgilidir.
Yeni sevgilisinin bütün konsertlərinə gedərək Ergenə dəstək olduğu bildirilir.
Sevgilisini tək qoymayan vəkil adını hələlik mediadan gizli saxlayır. Buna səbəb vəkilin iştirak etdiyi böyük məhkəmə işləri səbəbindən gündəmdə olmaq istəməməsidir.