Sevgilisi tərəfindən güllələnən gənc müğənni Mutlu Kayadan xəbər var.
Oxu.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Ankara GATA xəstəxanasında müalicə alan Kaya artıq yeriməyə başlayıb.
İfaçının bacısı “vəziyyəti yaxşıdır, addımlarını yavaş-yavaş atır. Hələ müalicə olunacaq” söyləyib.
Qeyd edək ki, M.Kaya baş nazir Ahmet Davutoğlunun həyat yoldaşı Sare Davutoğlunun dəstəyi ilə Diyarbəkirdən GATA-ya gətirilmişdi.