Xəbər verdiyimiz kimi Türkiyənin Radio və Televiziya Üst Kurulu (RTÜK) müğənni Gülşənin “Dan Dan” klipinin yayımını dayandırıb. Qurumdan bildirilib ki, müğənni klipdə özünü telefonla intim xidmət təklif edən qadına bənzədib.
RTÜK klipin yayımlandığı Kral Pop, NR1, Power Türk ve Dream Türk kanallarını da cəzalandırıb.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, müğənni ictimaiyyət arasında şəxsiyyətinin alçaldıldığı üçün qurumu məhkəməyə verəcək.
“Radio və Televiziya Üst Kurulunun (RTÜK) hesabatı çərçivəsində yer alan ifadələr şəxsiyyətimə ünvanlanmış qəbuledilməz dərəcədə çirkin bənzətmə və təhqir ehtiva etməkdədir.
Vəzifələrini qanundan alan təşkilatların vəzifə borcunu yerinə yetirərkən, konstitusiya zəmanəti altında olan şəxsiyyət haqqlarına hörmət etməsi qanuni və etik məcburiyyətdir. Səbəb qismində qələmə alınan ifadələr üzündən qadınlıq qürurum ağır şəkildə alçaldılıb.
Heç bir hüquqi qurumun şəxsiyyətimi alçaldıcı bənzətmələrlə cəmiyyət qarşısında hörmətdən salmaq haqqı və səlahiyyətinin olmadığını bəlli edirəm.
Şəxsiyyətimə təhqir yolunu seçən təşkilat üzvləri haqqında qanuni yollara müraciət edəcəyimizi ictimaiyyətin məlumatına çatdırıram”.
:640.jpg)
Aytən Sadıqzadə
www.oxu.az