Uzun müddətdir birlikdə olan türkiyəli müğənni Gülşən ilə musiqiçi sevgilisi Ozan Çolakoğlu nişanlanıb.

Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Çolakoğlu 5 ildir birlikdə olduğu pop ifaçısı Gülşənin ailəsinə ötən gün elçi gedib. O, xoşbəxt anını sosial şəbəkədə “qızı istədik və aldıq” şərhi ilə bölüşüb.

Nişan evdə baş tutub. Məşhur cütlük toyu yay aylarına planlaşdırır.
