Azərbaycanlı model Günay Musayeva müğənni Elnur Hüseynovla fotosunu paylaşıb.
Oxu.Az-ın məlumatına görə, o şəklə “Allah hər kəsə Elnur kimi dost nəsib etsin. Onun kimi küçədən keçərkən çiçək alıb, üzünü güldürən tanış qismət etsin. O, həmişə belədir. Həyatda belə yaxşı insanlar da varmış. Elə bir yaxşılıq etdi ki, hissimi sözlə izah edə bilmərəm”, - sözlərini yazıb.
