Müğənni Günay İbrahimli plastik əməliyyat etdirən kişiləri yıxıb-sürüyüb.
Oxu.Az “Onlar” verilişinə istinadla xəbər verir ki, o, müğənni Rəhim Rəhimlinin burun əməliyyatının uğursuz olduğunu deyib:
“Mənə çox adam deyir ki, burnunu əməliyyat etdir. Buradan onlara səslənirəm ki, mənim burnumla işiniz olmasın. Əgər düzəltdirsəm, standart sima olacam.
Müğənnilərdən Aygün Kazımovanın plastik əməliyyatı çox uğurlu alınıb. Rəhim Rəhimlinin burnunu isə yaxşı əməliyyat etməyiblər. Onunla düşmən deyiləm, sadəcə kor-kor, gör-gör, gözəl deyil. Şou-biznesin 80 faizinin burnu düzəltmədir”.
İbrahimli plastik əməliyyat etdirən kişi müğənniləri sərt tənqid edib:
“Kişi özünü estetik əməliyyat etdirəndə kişilik siması itir. Qaşlarının üstündəki bir tükü belə aldıranda dəyişiklik olur, onlarda qadınlaşma gedir. Sağlamlıqla bağlı əməliyyat etdirmək olar, amma “gözəl” görünmək üçün plastik əməliyyat etdirən kişiləri kişi saymıram. Kişi “qəşəng” sözünü işlətməməlidir, meymundan bir az fərqlənsə bəsdir”.
Aytən Sadıqzadə
www.oxu.az