Prodüser Tarix Əliyev Günay İbrahimli və Röya Ayxan qalmaqalına münasibət bildirib.
Oxu.Az bu barədə Axşam.az-a istinadla xəbər verir.
“Bu tədbirin təşkilatçısı mən idim. Festivala havayı yox, qonorarla gedirdilər. Röyanın da, Günayın da istədiyi məbləği öyrəndim. İkisinin də çıxışının razılığını aldım. Son bir həftə qalmış orada planlar dəyişdi. Dedilər ki, iki müğənnidən biri seçildi, o da Röya. Mən də Günaya dedim. Günayı festivaldan necə çıxarmaq olar? “Instagram”da nömrəsi var, zəng edib özünə deyərlər. Günay heç vaxt Röyanın adını onun işini “buran” kimi çəkməz”, - deyə Tolik bildirib.
Məsələyə təşkilatçı Tural Everest də cavab verib. O bildirib ki, Günayın festivalda çıxış etməməsini təşkilatçılar istəyib: “Mənə dedilər ki, Azərbaycandan ən məşhur müğənnilər lazımdır. Mən də Aygün Kazımova, Günay İbrahimli və Röya Ayxanı dedim. Onlar da Günay və Röyanı seçdilər. Sonra da mənə zəng etdilər ki, pulumuz çatmır və Röyanı seçirik. Dedilər ki, “Youtube”da videolarına baxdıq, onu çox izləyiblər. Günayı çox bəyənirəm, onu küsdürmək istəmirəm”.
***
11.22
Bu yaxınlarda Qazaxıstanda keçirilən “Star of Asia” musiqi festivalında Azərbaycanı iki ifaçı – Əməkdar artist Röya Ayxan və müğənni Günay İbrahimli təmsil etməli idi. Festivalda R.Ayxan çıxış etsə də, G.İbrahimli sözügedən tədbirdən uzaqlaşdırılıb.
Oxu.Az xəbər verir ki, müğənni “ATV maqazin onlarla” verilişinə açıqlamasında festivalda iştirak etməməsinin səbəbini açıqlayıb.
“Mən o konsertdə var idim. Tolikə zəng edib, Azərbaycandan iki ifaçı istəyiblər. Onlardan biri mən idim. Müsabiqəyə az qalmış zəng etdilər ki, Günay İbrahimli orada yoxdur. Nə oldu, bilmirəm, alınmadı. Belə şeylərlə əhval-ruhiyyəmi korlaya bilməzlər. Artıq məndən qorxur, çəkinirlər. Əvvəlki şıltaq Günay deyiləm, böyümüşəm. Hamını yola verirəm”, - deyə G.İbrahimli bildirib.
A.S.
www.oxu.az