Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva İstanbul Fashion Week çərçivəsində dünyaca məşhur türk dizayneri Çiğdem Akının defilesində baş maneken qismində istirak edib.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, gecənin xüsusi gonağı olan həmyerlimiz bir çox dünya moda telekanallarının da yayımlayacağı “İNFERNO” defilesində iki geyim nümayiş etdirib.
Gecənin sürprizi isə defileyə Günayın oğlu Cihangir Canın gəlişi olub.
Modelin həyat yoldaşı Tolqa Karel də defieni izləyənlər arasında olub.