Ötən gecə Bakıda qeyri-adi hadisə baş verib.
Yasamal rayonunda yerli sakinlərdən biri pilləlkəndən yıxılıb və pilləkən marşının qoruyucu dəmir barmaqlıqları arasında qalıb.
FHN-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, hadisə yerinə gəlmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşı pilləkəndən çıxarıb və həkimlərə təhvil veriblər.
Əməliyyat saat 00:35-də başa çatıb.