Məşhur azərbaycanlı model yenidən vətəndə…
Bildiyiniz kimi “Miss Eurovision of Azerbaijan” gözəllik müsabiqəsinə final hazırlıqları davam edir.
“High Life Fashion & Model Academy”nin baş direktoru və “Miss Eurovision” gözəllik müsabiqəsinin təşkilatçısı Aqil Məmiyevin Oxu.Az-a verdiyi məlumata görə, komanda müsabiqəyə ciddi hazırlaşır, məşqlər, xoreoqrafik çalışmalar mütəmadi şəkildə davam edir.
Aqil Məmiyev açıqlamasında model Günay Musayevanın yarışmanın finalında münsif olacağını bildirib:
“Türkiyədə karyerasını davam etdirən, model biznesində ölkəmizin adını zirvələrə qaldıran, eyni zamanda “Best Model of the World”, “Miss Turkey”, “Miss Eurovision Beauty Contest”-in münsiflər heyətinin sədri olan Günay Musayeva ötən gün Bakıda özəl qonağımız oldu. Günay xanım bu yaxınlarda ölkəmizin öndə gedən butiklərinin birində reklam siması olaraq kamera önünə keçəcək.
Müsabiqənin finalına qardaş ölkədən məşhur modelimiz ilə yanaşı, tanınmış model-aktrisa Ece Gürsel, dünyanın ən qabaqcıl moda ölkələrində dəfiləsi olmuş məşhur modelyer Çiğdem Akın, “Muhteşem Yüzyıl” və “Arka Sıradakiler” serialında əsas rolda oynamış Gurbey İleri, dünyanın məşhur estetik cərrahlarından biri olan Bülent Cantimur jüri kürsüsündə oturacaq.
Nəzərinizə çatdıraq ki, dünənki görüşdə Aqil Məmiyev ilə yanaşı “High Life Fashion & Model Academy”nin modellərlə iş üzrə direktoru Eldar Qulamov da iştirak edib.
Aytən Sadıqzadə
www.oxu.az