Türkiyədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva tanınmış modelyer Yıldırım Mayrukun 50-ci sənət ildönümünə həsr edilən dəfilədə podiuma çıxıb.
Oxu.Az xəbər verir, “2023-ə Hekayələr XXIV” və “Minerva” adlı dəb nümayişində modellər Sema Şimşek, Müdrik Kara, Bürc Kutluk, Didem Soydan, Ebru Öztürk, Ebru Ürün, Merve Büyüksaraç, Selda Car, Ceylan Saner, Deniz Pulaş, Yelda Kara və Özlem Katipoğlu Yıldırım Mayrukun müasir, qlobal və cazibədar türk qadınının geyimini əks etdirən kolleksiyasından nümunələr nümayiş etdiriblər.
Gecədə azərbaycanlı məşhur modelyerlər Fəxriyə Xələfova və Gülnarə Xəlilova da iştirak edib.
İki geyim nümayiş etdirən Günya Musayeva sonda podiuma qara gəlinliklə çıxıb.
Aytən Sadıqzadə
www.oxu.az