Türkiyənin İzmir şəhərində 11-ci “IF Wedding Fashion” festivalı keçirilib.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, 4 gün davam edən tədbirdə portuqaliyalı məşhur modelyer Micaela Oliveira tərəfindən hazırlanan transparan gəlinliklər də nümayiş olunub.
Alt geyimləri markası “Intimissima”nın siması olan portuqaliyalı model Francisca Perez ilə geyim və ətir markası “Carolina Herrera”nın siması seçilən ispaniyalı model Montse Suarez də podiuma çıxıb.
Səhnədə Şenay Akay, Didem Soydan, Şebnem Shaeffer, Irmak Atuk, Cansu Melis Karakuş və Açelya Kartal kimi məşhur türkiyəli modellər də yer alıb.


İllərdir Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva podiuma transparan gəlinliklə çıxıb.

:640.jpg)
:640.jpg)

Tədbir xoşagəlməz qəza anı ilə yadda qalıb. Modellərdən Hilal Sasalı səhnədə addımlayarkən ayağı burxulub və yerə yıxılıb. Bundan sonra model dəb nümayişində iştirakına davam edə bilməyib.


Aytən Sadıqzadə
www.oxu.az