Azərbaycanlı model Günay Musayevanın həyat yoldaşı türkiyəli aktyor Tolqa Karel, “Survivor”da xəstəliyə tutulub.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Survivor” verilişində “Ünlüler” komandasının iştirakçısı Tolqa Karel əvvəlki xəstəliyinə yaxalanıb.
Martın 2-dən etibarən Dominikan Respublikasında “Survivor”da yarışan T.Karel bir ay yarım mübarizənin sonunda 6 kq çəki verib, lakin dırnaq yemək xəstəliyinə tutulub.
Tolqa Karelin dırnaqlarını qanadana qədər yeməsi digər iştirakçıların da diqqətini çəkib.
Aktyor bu vərdişi barəsində “İllər əvvəl də bu narahatlığım var idi. Adadakı stress, sıxıntı üzündən yenidən başlandı” - deyib.
Aytən Sadıqzadə
www.oxu.az