“Miss Azerbaijan-2014” milli gözəllik müsabiqəsinin iki iştirakçısı “Bahar əhvalı” adlı fotosessiyada iştirak edib.
Oxu.Az missazerbaijan.org saytına istinadla xəbər verir ki, məşhur fotoqraf Bəhruz Əlizadə yeni layihəsini təqdim edib.
Bu dəfə o, “Miss Azerbaijan-2014” müsabiqəsinin iki iştirakçısını fotosessiya edib:
“Hamı kimi mən də “Miss Azerbaijan-2014” gözəllik müsabiqəsinin bəzi iştirakçılarına pərəstiş edirəm. Baharın gəlişi ilə əlaqədar pərəstiş etdiyim iştirakçılarla yeni fotosessiya çəkmək fikrinə düşdüm, beləcə onlara dəstək olmaq istədim. Yeni işimi “Bahar əhvalı” adlandırdım” - deyə Bəhruz Əlizadə deyib.
Xatırladaq ki, layihədə modellər Arzu Məlikova və Liliya Qavriş çəkiliblər.
Aytən Sadıqzadə
www.oxu.az