17 aprel Bakı Jazz mərkəzində “Miss Azerbaijan-2014” iştirakçılarının “Bahar Party” təqdimatı olacaq.
Oxu.Az www.missazerbaijan.org saytına istinadla xəbər verir ki, təqdimatda “Miss Azerbaijan-2014” yarımfinalının iştirakçıları arasından “Miss Bahar-2014” seçiləcək.
Bu gecədə sizinlə paytaxtın ən yaxşı Dj-ləri - Dj Seym və Dj Razy Freeman olacaq.
Şou proqramda şanson kralı Fərhad Bakinski, “Eurovision-2014” müsabiqəsinin finalçısı Xana Həsənova, məşhur müğənni Rinat Alimov, rok-ifaçı Milan, caz ifaçısı Günel Qurbanova və yeni kukla teatrının personajları Cigit və Mustafa iştirak edəcəklər.
Aytən Sadıqzadə
www.oxu.az