Ötən ilin yayında model həyat yoldaşı Günay Musayevadan boşanan aktyor Tolga Karel yenidən evlənməyə hazırlaşır.
:640.jpg)
Oxu.Az xəbər verir ki, bu haqda Salih Keçeci “Aramızda Kalmasın”ın bugünkü canlı yayımında xəbər verib.
O, Tolga Karelin Amerikada ticarətlə məşğul olduğunu və 6 aydır birlikdə olduğu sevgilisiylə evlənməyə hazırlaşdığını açıqlayıb.

Yeni İl gecəsi sevgilisinə romantik evlilik təklifi edən Karel, ona 20 min dollar dəyərində təkqaşlı brilyant üzük bağışlayıb.

38 yaşlı türk aktyorun 22 yaşlı əcnəbi sevgilisi Sarah tələbədir. O, bu il məzun olacaq.

Cütlüyün toyu may ayında Dominikan Respublikasında baş tutacaq.

Aytən Sadıqzadə
www.oxu.az