Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva dekabrın 25-də Bakıya gələcək.
Oxu.Az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, model burada baş tutacaq moda həftəsində iştirak edəcək. G.Musayeva gecədə bir çox tanınmış türkiyəli modelin iştirak edəcəyini bildirib:
“Dekabrın 26-da türkiyəli dizaynerlərin Bakıda ilk moda nümayişi olacaq. Nümayişdə tanınmış modellər iştirak edəcəklər. Nümayiş “Four Seasons” otelində baş tutacaq”.
Qeyd edək ki, G.Musayeva türkiyəli aktyor Tolqa Karellə ailəlidir. Cütlüyün Cahangir adlı bir oğlu var. G.Musayeva uzun müddətdir ki, qardaş ölkədə yaşayır və çalışır.