Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Günayın gizli videosu çəkilib: 300 minə ev almışam – VİDEO
Müğənni Günay İbrahimli “ATV Maqazin” verilişinin gizli kamerasına tuş gəlib.
Oxu.Az-ın Axşam.az-a istinadla məlumatına görə, sənətçi yeni aldığı mənzilinin qiymətini açıqlayıb:
“Evi 300 minə almışam. 100 minin vermişəm, 200 mini qalıb. Evimi kreditlə götürmüşəm. Hələ tikilir”.
G.İbrahimli hərdən ulduzluq xəstəliyinə tutulduğunu da etiraf edib:
“Yuxudan ulduz kimi oyanıram. Başlayıram hamıya əmr verməyə: mənə çay süzün, yemək gətirin, paltarlarımı verin, ayaqqabımı təmizləyin. Həmin an yanımda kim oldusa, vay onun halına”.
"Günay İbrahimli" teqi üzrə xəbərlər
Ən çox oxunanlar