Aparıcı Günel Hümbətova ana olub.
Oxu.Az xəbər verir ki, bu haqda aparıcının bacısı, müğənni Mehin Hümbətova sosial şəbəkədə məlumat verib.
O, körpənin şəklini paylaşaraq “Mən xala oldum. Allaha çox şükür. Günel və Firuz sizi təbrik edirəm” sözlərini yazıb.
Qeyd edək ki, G.Hümbətova bu ilin yanvarında Las-Veqasda Firuz Soliyev adlı şəxslə ailə qurub.
