Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Günel Hümbətova: “...fahişə olmaq yaxşıdı” – Foto
Cazibədarlığı ilə daim diqqət mərkəzində olan “TVR klub” verilişinin aparıcısı Günel Hümbətova fotokameramızın obyektivinə tuş gəldi. Teleaparıcının açıq-saçıq geyinməsinə ağız büzüb, söz qoşanlara münasibət bildirdi:
“Məni qınayanlar çoxdu. Açıq-saçıq geyimimlə, sərbəst davranışımla məni də qınayırlar. Ona görə heç kəsi qınamaq düzgün deyil. Anam ciddidi. Amma uşaqlıqdan açıq-saçıq geyinmişəm. Bədən ölçülərim buna imkan verir. İfrat dərəcədə geyinməmişəm. Biri var xanım cazibədar görünsün, biri də var ki, iyrənc görünsün. Həyatda heç kəs deyə bilməz ki, niyə belə geyinirsən? Cəsarətləri belə çatmaz. Sosial şəbəkə də saxta profillər açılır. Ağızlarına gələni yazırlar. Ay bunun nəyi qəşəngdi, valideynləri hardadı? Ay balam sənin heç ailə üzvlərindən xəbərin var?”
Heç kəsdən qorxmadığını dilə gətirən Günel çəkildiyi serialdan, istedadından ağız dolusu danışdı:
“Xəzər TV-də “Sənə inanıram” serialına çəkilirəm. Baş rol deyil. Teleaparıcı bəzi məqamlarda rol oynayır, obraza girir. Xarici ulduzlar da həm aktrisa, rəqqas, həm də müğənnidilər. Bu sferada istedadı varsa, bunun nəyi pisdi. Mənim öz peşəm müğənnilikdi, təhsilini alıram. Mənim istedadım varsa niyə oxumayım ki? Elə müğənnilər var ki, oxumasalar yaxşıdı. Heç kəsdən qorxmuram”.
Artıq açıq-saçıq səhnələrlə zəngin rol təklifindən danışan cazibədar teleaparıcı qınaq obyektinə çevrilməkdən qorxur:
“Bir həftə bundan əvvəl mənə film üçün rol təklifi gəldi. Baş rollardan biri, amma hədsiz dərəcə açıq-saçıq səhnələr vardı, yataqda və s. Mən qəbul etmədim. Məndən olsa edərəm. Həyatda yüz oyunlardan çıxmaqdansa, rolda fahişə olmaq yaxşıdı. Oğru rolunu ifa edirsənsə o demək deyil ki, sən oğrusan. Psixoloji cəhətdən insanlar ona hazır deyil. Həm də məni nəzərə alaraq, bu cür rollardan imtina edirəm. Anamı, ailəmi, rəyləri düşünürəm. Beren Saat öpüşür, sevişir heç nə demirik, hələ ikinci dəfə maraqla izləyirik”.
Sevgilisinin olmadığını dönə-dönə vurğulayan Günel hələ ailə qurmaq niyyətində deyil:
“Ay Allah... Həyatımda heç kəs yoxdu. Mənim sevgilimin olmadığına heç kəs inanmır. Olub, sevmişəm. Bəzi səbəblərdən ayrılmışam. Münasibətim daim olacaq deyə bir şey yoxdu. Camaat ailə qurur, boşanır. Qısqanclıq, efirə çıxma, belə geyinmə, bir sözlə efir ən böyük düşməni idi. Ailədə qursam belə, efirdən əl çəkən deyiləm. 5 il ərzində planım yoxdu. Ərə getmək xatirinə getmək istəmirəm”.
“Mixmaqazin” verilişinin aparıcısı Ülviyyə Xəlilbəylinin özünə bənzədilməsindən də danışan teleaparıcı, həmkarını tanımazlığa çalışdı:
“Hansı qız? kimlə? Özünü mənə oxşadan? ( gülür) Mən ona qarşı pis bir şey demirəm. Onun xətrinə dəysin istəmirəm. İnanın, mənə 4-5 nəfər veriliş efirə gedəndə dayanmadan zəng etdi ki, bax, filan qız özünü necə sənə oxşadır. Baxmadım, vaxtım olmadı. Təsadüfən gördüm kimsə paylaşır “facebook”da. Baxdım, dedim Ay Allah. Düzü o çox abartılı hərəkətlər edir. Uğurlar arzu edirəm”.
/publika.az/
"Beren Saat" teqi üzrə xəbərlər
- Bihter və Behlül illər sonra eyni masada - FOTO/VİDEO
- “Aşk-ı Memnu” ekranlara qayıdır: Bu dəfə fərqli formada - FOTO
- İllər sonra yeni serialda bir araya gəldilər - FOTO
- Beren Saat və Kıvanç Tatlıtuğ illər sonra yenidən bir arada: “Netflix”də yayımlanacaq
- Beren Saatın açıq-saçıq geyimi gündəm oldu - FOTO