4 ildən bir təqvimlərimiz 29 fevral tarixini göstərir. Deyilənə görə bu mistik tarixdə hər hansı işi başlasan, o mütləq uğurla başa çatacaq. Amma Azərbaycanın populyar radiosu Avto FM inanclarla arası heç yoxdur. Onlar peşakarlığa və komanda işinə daha çox inanır.
Məhz bunun üçün Avto FM radio məkanının ən tanınan aparıcıları arasında seçim edərək, öz diqqətini iki gəncin üzərində saxladı. Bu tanınmış TV aparıcısı, daim cazibədar Günel Hümbətova və bacarıqlı gənc Cavid Osmanovdur.
Cavid Osmanov və Günel Hümbətova 29 fevral tarixindən Avto FM-ə “1-ci növbə” adlı səhər verilişində aparıcılıq edəcəklər.
Günel Hümbətovanı və Cavid Osmanovu sübh açılandan sizə yolçuluq etmək bağlayır.
Aytən Sadıqzadə
www.oxu.az