Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Günel Hümbətova: Məktəb illərində məni sevirdi
Aparıcı Günel Hümbətova sosial şəbəkədə status paylaşıb.
Oxu.Az həmin yazını təqdim edir:
“Bayaq çox qəribə hisslər keçirdim. Adətən hisslərimi sosiallaşdırmağı sevmirəm, amma bu dəfə qərara gəldim ki, yazım. 189 saylı məktəbin məzunu olmuşam. Bir neçə dəqiqə əvvəl həmin məktəbdə məndən bir neçə sinif yuxarı oxuyan birini gördüm. Deyəcəksiniz ki, burada nə var ki? İş orasındadır ki, maşını park etmək istəyirdim. Avtomobil gözətçisinin həmin oğlan olduğunu gördüm. Məktəb illərində məni sevirdi. O dəqiqə tanıdım. Salamlaşdıq, bir az söhbət etdik. Amma çox pis, pərt olmuş vəziyyətdə idim. Bilmirəm niyə özümü diskomfort hiss etdim? O da özünü itirmişdi. Böyüyürük, hərəmiz həyat pilləkəninin müəyyən pilləsində otururuq. Hərdən qalxırıq, hərdən düşürük. Və əvvəllər eyni pilləni paylaşdığımız insanlar illər keçdikcə yanımızda olmur. Bəlkə də öz günahlarıdır. Bəlkə, həyatın naxışıdır. Ailəmin durumu hər zaman yaxşı olub və anam bizi atalı uşaqlardan da yaxşı böyüdüb, amma... Məktəbdə hamımız bir idik... Bilmirəm, fikirlərimi çatdıra bildim, ya yox... Amma hisslərimi çatdırmaqda yenə çətinlik çəkirəm. Allah kaş hamımızı eyni yaratdığı kimi, eyni yaşadardı...”.
Aytən Sadıqzadə