Müğənni Azəri Günel Zeynalova “Maral”dan danışıb.
Oxu.Az məlumat verir ki, Xəzər telekanalında yayımlanan “Telemaqazin” verilişinə müsahibəsində müğənni Nadir Qafarzadənin “Maral” mahnısını ilk dəfə özünün oxuduğunu deyib:
“Bu mahnını 2008-ci ildə ifa etmişdim, albomumda da yerləşdirmək istəyirdim. Amma həmin albomda mahnıların sayı çox olduğundan çıxardım. Mahnını “Balam” adlandırmışdım. Həmin bəstəni Türkiyədə aranjiman etdirmişəm. İndi də avtomobilimdə var, hərdən qulaq asıram. Mən onu fərqli formada təqdim edə bilərəm. Bu mahnıya görə heç kim məni qınaya bilməz. Çünki bəstəkarına pul ödəyib mahnını ondan almışam. Sadəcə mənim qalmaqalla işim yoxdur. Başımı aşağı salıb işimlə məşğulam”.
Aytən Sadıqzadə
www.oxu.az