ABŞ-da yaşayan azərbaycanlı teleaparıcı Günel Musəvi yeni layihə hazırlayıb.
Oxu.Az xəbər verir ki, “Every Azeri” adlı onlayn jurnalının təsisçisi G.Musəvi oxucularını mütəmadi olaraq maraqlı yazılar və çəkilişləri ilə sevindirməkdə davam edir.
Bu yaxınlarda isə gənc aparıcı yeni layihəyə start verib. Belə ki, o, Amerikanı Azərbaycana, Azərbaycanı isə Amerikaya tanıtmaq missiyasını öz üzərinə götürərək maraqlı verilişlər hazırlamağa başlayıb. İlk çəkiliş Çikaqoda baş tutub.
Həmin verilişin 1-ci hissəsini sizə təqdim edirik: