Bakının Suraxanı rayonu ərazisində “Oka” markalı avtomobil yanıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yerinə polis və yanğınsöndürənlər gəlib. Avtomobil söndrülsə də, tam yararsız hala düşüb.
Yanğın aeroport yolunda tıxaca da səbəb olub.
Fövqəladə Hallar Nazirliyi də sözügedən hadisə ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus “Oka” markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 10:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.