Azərbaycanda qızıl hasilatı ilə məşğul olan yeganə şirkət Anglo Asian Mining Gədəbəy rayonunda çıxarılan misin satışı üzrə müqavilə imzalayıb.
Oxu.Az Abc.az-a istinadən xəbər verir ki, Anglo Asia-nın bildirdiyinə görə, şirkət İsveçrənin Industrial Minerals SA şirkəti ilə üçillik müqavilə bağlayıb.
Sənədə əsasən, İsveçrə şirkəti Anglo Asian şirkətinin eksklüziv partnyoru olur.
“Şərtlərə müvafiq olaraq Industrial Minerals quru və yaş mis konsentrantı alacaq. Anglo Asian satışa hazır 75 ton quru və 550 ton yaş mis konsentranta malikdir. Və 2014-cü ildə 595 ton mis hasil edərək planı artıqlaması ilə yerinə yetirməyi düşünürlər”, - məlumatda deyilir.
Anglo Asian şirkətinin baş direktoru Reza Bəzirinin bəyan etdiyi kimi, 2013-cü ildə şirkətin Gədəbəy misinin satışından əldə etdiyi gəlir rekord həddə çataraq 6,6 milyon dollardan ibarət olub.
“Biz 2014-cü ildə də bu tendensiyanı davam etdirməyə qadirik”, - Bəziri qeyd edib.