Müğənni Günel Ələkbərova İnstagram hesabında mediadan gizlətdiyi həyat yoldaşının fotolarını paylaşıb.
Oxu.Az xəbər verir ki, ifaçını ərini ad günü münasibətilə təbrik edib.
Cütlüyün Məryəm adlı bir qız övladı var.
Qeyd edək ki, ifaçı verilişlərin birində açıqlamasında ərinin ikinci ailəsi olduğunu etiraf etmişdi:
“Hamiləlik vaxtı bütün çəkilişlərdən imtina edib, evimdə oturdum. Mediadan gizli saxladım. Ona görə yox ki, kimlərdənsə çəkinirəm, yanlış addım atdım. Xeyr, qızım halallıqla dünyaya gəlib: hər ikimizin razılığı ilə, kəbinlə. Onun istəyi ilə qızımı kameralardan uzaq saxlayıram. Heç kimin şəxsi həyatına qarışmıram. Aramızda sevgi var idi. Onsuz heç vaxt uşaq xatirinə birlikdə ola bilmərdik. Bir nənəsi yanındadır. Onunla nəfəs alır. O biri istəmir.
Qızımın atasının başqa övladları var. Onlar arasında ayrı-seçkilik etmir. Boşanmayıb, onun iki ailəsi var. Biri mən, biri də odur. Ailəmin yanında pis iş görməmişəm. Allahdan başqa heç kimdən çəkinmirəm. Ayıb işim yoxdur ki, gizlədim. Mənim onun övladının biri ilə ünsiyyətim də var”.