Oxu.Az xəbər verir ki, Xəzər televiziyasının aparıcısı Yusif Kərimli ikiillik fasilədən sonra hazırda Almaniyada müalicə alan teleaparıcı Hacı Nuran Hüseynovla əlaqə saxlayıb.
Aparıcı Facebook səhifəsində aşağıdakı yazını və fotonu paylaşıb:
“Nəhayət, 2 ildən sonra dəyərli dostumuz Hacı Nuran Hüseynovla skype-la danışmaq qismət oldu. Nuranın bizim mənəvi qayğımıza inanılmaz ehtiyacı var. Səni sevirik, dəyərli dostumuz. Tezliklə aramızda görmək diləyi ilə” .
Qeyd edək ki, teleaparıcı Hacı Nuran Hüseynov hal-hazırda Almaniyanın Düsseldorf şəhərində yerləşən UNİ Klinikasının Onkologiya şöbəsində xərçəng xəstəliyinə qarşı müalicəsini davam etdirir.
Aytən Sadıqzadə
www.oxu.az