Bakıda oğurluq etdiklərinə görə axtarışda olan 3 nəfər tutulub.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, fevralın 24-nə keçən gecə İstiqlaliyyət küçəsində yerləşən Qərb Universitetinə məxsus kitabxanadan 3 ədəd kompüter oğurlanıb.
Səbail RPİ 9-cu PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri – Teymur Cəlilov, Murad Hüseynov və Əli Babazadə tutulub.
Araşdırmalar davam etdirilir.