Bildiyiniz kimi azərbaycanlı teleaparıcı Hacı Nuran Hüseynov Almaniyanın Düsseldorf şəhərində yerləşən “Uniklinik“də müalicəsini davam etdirir.
Oxu.Az xəbər verir ki, o, növbəti dəfə ağır şüaterapiya alacaq. Bu haqda aparıcının özü məlumat verib:
“Həkimlər yenə mənə çox ağır şüaterapiya edirlər. Dözürəm... Başqa çarəm yoxdur. Dualarınıza ehtiyacım var”.
Bir zamanlar xərçəng və bu kimi digər qorxulu xəstəliklərdən əziyyət çəkənlərin imdadına çatan qayğıkeş teleaparıcı çox heyf ki, indi həmin insanların sırasındadır. Bəlkə də insanların əzablarını, dərdlərini öz dərdi kimi qəbul etdiyindən bütün bunlar ona psixoloji təsir edib və nəticədə indi o da həmin dərddən əziyyət çəkir. Bəlkə də onun taleyi belə imiş... Bunu deyə bilmərik, amma hər bir halda xeyirxah, yumşaqqəlbli aparıcımıza Allahdan şəfa və dözüm diləyirik...
Aytən Sadıqzadə