Məşhur teleaparıcı Hacı Nuran Hüseynov ötən gecə yenidən xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə teleaparıcı sosial media hesabında məlumat verib.
“Son günlərin gərgin rejimi səhhətimdə bəzi problemlər yaratdı. Xəstəxananı sevməsəm də, bəzən sevmədiyimiz nələrəsə tabe olmalı oluruq. İnsan sağlamlığının qədrini xəstələnəndə bilir. Özümü heç də yaxşı hiss etmədiyimdən müalicəyə ehtiyac vardı.
Elə bilirdim ki, günü-günə satmaqla, müalicənin vaxtını uzada biləcəm. Amma alınmadı... İki saatdan bəri davam edən müayinədən sonra həkimlərin qərarı qəti idi: yataq rejimi... Beləcə, bir müddət müalicə almalıyam”.
Посмотреть эту публикацию в Instagram
Qeyd edək ki, Hacı Nuran Hüseynov uzun müddətdir ki xərçəng xəstəliyindən əziyyət çəkir. O, bir neçə ildir ki, müalicəsini həm Bakıda, həm də Almaniyada davam etdirir.
Rəşad Əliyev
"Almaniya" teqi üzrə xəbərlər
- Devid Bekhem kosmetika nəhənginə qarşı: 41 milyon dollarlıq tələb
- Azərbaycan-Almaniya universiteti yaradıla bilər
- Nazir: "Azərbaycan və Almaniya 10 sənəd üzərində iş aparırlar"
- Berlində keçmiş bomba sığınacağı hərraca çıxarıldı - Foto
- Almaniyanın xarici işlər naziri Prezident İlham Əliyevə təşəkkür edib
Digər xəbərlər