Türkiyəli pop ulduz Hadisə yeni reklam filmi üçün dondan-dona girib.
Oxu.Az xəbər verir ki, müğənni bir corab markası üçün çəkildiyi reklamda Hollivud ulduzu olub.
O, “Star Sənsən” adlı reklamda Merilin Monronun “Yaz Subayı”, Mena Suvarinin “Amerikan gözəli” və Ancelina Colinin “Tomb Raider” filmlərindən səhnələri canlandırıb.
Reklam yayımlandığı andan etibarən mediada maraqla izlənməyə başlanıb.
Aytən Sadıqzadə