Həftəsonu Kiprdə “Rocks Hotel”də səhnəyə çıxan müğənni Hadisə geyimi ilə yenidən gündəmdədir.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, stil məsləhətçisi bacısı Dərya Açıkgöz olan müğənni oteldə iki gün konsert verib.
O, konsertin ilk günündə səhnəyə dəri və tül, ikinci gün isə rəngli, sinəsi açıq geyimdə çıxıb.
Hadisə “səhnədə enerjili görünmək üçün tük kimi zərif olmalıyam. Buna görə üzərimdə çoxlu geyim istəmirəm”deyib.