Sizə yanvarın 9-da məşhur cütlüyün nişan mərasiminin olması barədə məlumat vermişdik.
Oxu.Az xəbər verir ki, L.İsrafilova və H.Erol münasibətlərini rəsmiləşdirmək üçün nikaha daxil olublar.
Bu haqda xəbəri Hakan Erolun qardaşı Gökhan Erol Facebook sosial şəbəkəsində paylaşıb:
“Bu gün çox xoşbəxtəm. Qardaşım Hakanın və gəlinimiz Leylinin nikahı oldu. Sağ əli subayların başına”.
Qeyd edək ki, məşhur cütlüyün toyu yaz aylarında baş tutacaq.
Aytən Sadıqzadə
www.oxu.az