Türkiyəli müğənni Hande Yener Yeni ili Azərbaycanda qarşılayacaq.
Oxu.Az ankarahaber.com-a istinadən xəbər verir ki, Yener Azərbaycandakı Yeganə Şadlıq Sarayında yeni il gecəsi səhnəyə çıxacaq və 300 min lirə qonorar alacaq.
Müqayisə üçün bildirək ki, Handenin rəqibi və həmkarı Demet Akalın 31 dekabrda İstanbuldakı otellərdən birində, Handenin Bakıdakı qonorarından iki dəfə az - 150 min lirə qarşılığında çıxış edəcək.
Aytən Sadıqzadə