El içində deyirlər ki, “Bəy verən atın dişinə baxmazlar”. Bizim şou-biznes nümayəndələri də gündəmə gəlmək üçün min oyundan çıxırlar. Aldıqları bahalı hədiyyələrlə öyünüb özlərini reklam edirlər.

Bu həftə şou əhlinin, eləcə də, sosial şəbəkələrin ən çox müzakirə olunanı isə İmadəddin Nəsiminin “Məndə sığar ikən cahan...” mətləli qəzəlinə oxuduğu “Pəncü-şeş” mahnısı ilə ifaçı Afət Fərmanqızı oldu. Ona canlı yayımda 240 min dollarlıq “Gelandewagen” markalı avtomobili isə Rusiyada yaşayan azərbaycanlı iş adamının hədiyyə etdiyi ortaya çıxdı.
İki il öncə beşqat dünya çempionu, karateçi Rafael Ağayevə avtomobil hədiyyə ediblər.

Karateçi yeni “Audi” markalı maşınının yanında foto çəkdirib. Həmin görüntünü isə Ağayev “Instagram” səhifəsində paylaşaraq bu sözləri yazıb:
“Bu da əziyyətimin bəhrəsi və toyumun hədiyyəsi. Allaha min şükür”.
Avtomobil bahalı “99 XM 999” nömrə nişanı ilə diqqət çəkib.

Rəşad Əliyev