Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Həbs edilən Gülşəndən açıqlama: “Bu görüntü aylar sonra təxribat məqsədilə tirajlanıb”
Türkiyəli müğənni Gülşən Çolakoğlu konsertində söylədiyi sözlərə görə həbs edilib.
Gülşən ifadəsində deyib ki, hadisə 30 aprel 2022-ci ildə Ataşehir konsertində baş verib.
“25 ildir sənətçiyəm. Musiqiçi həmkarlarım var. Bu qrupla konsertlərdə çıxış edirəm. Komandamda olan dostum Miraçın ləqəbi “imam”dır. Biz dostlarımızla bir-birimizə həmişə bu formada zarafatlar edirik.
Söhbət Miraçla mənim aramda olub, bu, mənim konsert iştirakçılarına və ya mediaya xitabən etdiyim söhbət olmayıb.
Bu qısa görüntü aylar sonra kim tərəfindən və nə məqsədilə tirajlanıb bilmirəm. Lakin hesab edirəm ki, bu, təxribat məqsədi daşıyır.
Mən bu çıxışı “İmam hatipçilər” və ya ölkəmizin bir hissəsini aşağılamaq, təhqir etmək məqsədi ilə deməmişəm. Mən ölkənin bütün dəyərlərinə və həssaslıqlarına hörmətlə yanaşıram”, - deyə o bildirib.
Cinayət törətmək niyyətinin olmadığını bildirən Gülşən ona qarşı irəli sürülən ittihamı qəbul etməyib.
Xatırladaq ki, Gülşən “xalqı kin və düşmənçiliyə sövq etmək”də ittiham olunur.
Buna səbəb isə ifaçının musiqiçiyə dediyi sözlər olub. Onun səhnədə: “Daha əvvəl “İmam Hatip”də təhsil almışdı, əxlaqsızlığı bundandır”, - dediyi görüntülər müzakirələrə səbəb olub və İmam Hatip liseyinin şagirdlərinə təhqir kimi qəbul edilib.
Mənbə: TRT Haber
Rəylər