Bu yaxınlarda Bakıda konserti ləğv olunmuş rusiyalı müğənni İrina Dubtsovaya həkimlər orqanizmin əsəb və fiziki zəifliyi diaqnozunu qoyublar.
Qeyd edək ki, yanvarın 30-da Şeremetyovo hava limanında Bakıya yola düşməyə hazırlaşan 32 yaşlı müğənni huşunu itirib. Təcili yardım maşını ilə o, təcili olaraq Lapino xəstəxanasına yerləşdirilmişdi.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, həkimlərin sözlərinə görə, İrina Dubtsova xəstəxanaya orta ağır vəziyyətdə çatdırılmışdı. Ona uçuş və sağlamlığa ziyan vura biləcək hər hansı bir hərəkət qadağan edilib.
Müğənninin nümayəndəsi bildirib ki, o, artıq özünü normal hiss edir və evində dincəlir. O, əlavə edib ki, müğənni 2 həftə idi ki, istirahətsiz işləyib və bu qrafiki hələ saxlamaq da istəyirdi.
Müğənninin səhhəti ilə bağlı Bakı konsertinin vaxtı fevralın sonuna keçirilib. Aktrisanın Bakıya gəlmiş komandası artıq Moskvaya qayıdıb.