TV8-də yayımlanan “O səs Türkiyə” yarışmasının ikinci turunun növbəti buraxılışları yayımlanıb.
Oxu.Az xəbər verir ki, bu mərhələdə azərbaycanlı iştirakçılardan Yıldız Tilbenin komandasından Ayla Ray və Hadisənin komandasında yarışan həmyerlimiz Ozan Əhmədov çıxış edib.
Ayla ikinci turda “Shy Guy” mahnısını oxuyub. Üç iştirakçı – Ayla, Gökçe və Yonca arasında seçim etmək məcburiyyətində qalan Y. Tilbe həmyerlimizi seçib və o, növbəti mərhələyə keçib.
Pərviz Hüseyn
www.oxu.az