Dünya şöhrətli müğənni Seeya və beynəlxalq layihələrdə EFENDİ adı ilə təqdim olunan azərbaycanlı müğənni Samirə Əfəndiyevanın birgə layihəsi hazırlanıb.
Oxu.Az xəbər verir ki, EFENDİ may ayının əvvəlindən son tarixlərinə kimi Rumıniyanın paytaxtı Buxarestə səfər edərək “Toca Me” adlı musiqili layihəsi üçün klipə çəkilib. Layihənin baş prodüseri Ukraynada yaşayan azərbaycanlı aparıcı İdris Cəfərovdur. Azərbaycan tərəfdən layihə çərçivəsində videoqraf Ramin Cəfərov və EFENDİ-nin geyimlərini hazırlayan modelyer AİWA iştirak edib.
Klip iyunun 7-də təqdim olunacaq.
Səhnəarxası görüntüləri izləyə bilərsiniz:
A.S.
www.oxu.az